Xəbər lenti

Bu da "traktor" telefon - VİDEO - FOTOLAR
Ekonomiks13:44 22.05.2013

Bu da "traktor" telefon - VİDEO - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sənaye maşınları istehsal edən "Caterpillar" firması çətin şərtlərə qarşı dayanıqlı olan Cat B15 smartfonunu təqdim etdi.

Qaynar.info-nun məlumatına görə 125 mm uzunluğu, 69.5 mm eni, 14.95 mm qalınlığı olan telefonun ağırlığı 170 qramdır. Korpusu xüsusi alüminium və zərbəuducu kauçukdan hazırlandığı üçün telefon 1.8 metr yüksəklikdən düşməyə qarşı dayanıqlıdır. Həmçinin 1 metr dərinliyindəki suyun içində 30 dəqiqə qalmağa qadirdir. Bundan başqa telefon toza qarşı ekstra dayanıqlıdır. 

1 Ghz-lik 2 nüvəli prossesor, 512 MB RAM-la təmin olunan Cat B15 Android 4.1 Jelly Bean əməliyyat sistemi ilə işləyir. Zərbəyə və cızılmaya qarşı dözümlü olan hissiyatlı ekranılı telefon 55 dərcə istiliklə -20 dərəcə şaxtaya dözümlüdür. 4GB daxili yaddaşla bərabər micro SD kart dəstəyinədə malikdir.

Wi-Fi, GPS və Bluetooth təhciz olunan Cat B15 ön tərəfdə VGA, arxa tərfdə isə 5 megapiksellik kameraya malikdir.

Telefonun batareyası da çox iddialıdır. Belə ki 26 gün gözləmə və 16.3 saat danışıq müddəti təqdim edir.

Gələn aydan satışına başlanılacaq telefonun qiyməti də olduqca sərfəlidir - 334 manat

Qaynar.info