Xəbər lenti

“Bu əsərdən pul güdsəydim, heç vaxt belə keyfiyyətli alınmayacaqdı” - Xalq rəssamı
Sənət08:33 27.04.2022

“Bu əsərdən pul güdsəydim, heç vaxt belə keyfiyyətli alınmayacaqdı” - Xalq rəssamı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu əsərdə Musa Yaqub çox şey deyir. Onun baxışlarından oxuduğum fikirləri sözlə ifadə edə bilmirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin müəllifi Xalq rəssamı Natiq Əliyev deyib. Rəssam bildirib ki, həmin fikirləri sözə köçürə bilsəydi, ondan bir roman yazılardı:

"Abidə ilə bağlı təklif olundu, qəbul etdim. Bu əsərin üzərində işlər ötən ilin yayından başlanılıb. Şükür ki, onu istədiyim formada təqdim edə bildim. Hərənin bir ifadə vasitəsi var. Musiqiçi mahnı bəstələyir, şair şeyir yazır, heykəltəraş da görkəmli şəxslərin abidəsini yaradır. Musa Yaqubun obrazını oxumaq üçün heykəlin qarşısında dayanmaq lazımdır. Sağ-soldan ona diqqətlə baxmalı və ən başlıcası Musa Yaqub yaradıcılığını dərindən bilməlisən. Əgər mən onun baxışlarını bir necə fikirlə sizə deyə bilsəydim, belə bir abidə yarada bilməzdim. Elə sözlər var ki, onu sözlə ifadə etmək mümkin deyil. Mən həmin obrazda Musa Yaqub şəxsiyyəti ilə yanaşı, həm də yaradıcılığını canlandırmağa çalışmışam”. 

Abidənin maliyyə xərclərinə gəlincə, Natiq Əliyev bundan xəbərsiz olduğunu dedi:

 

"Yaradıcı adamam, əsərlərimin maliyyə xərcləri məni heç vaxt maraqlandırmır. Mənim üçün əsas əsərdir. Əgər mən maliyyə işlərinə vaxt ayırsam, onda yaradıcılıqdan ayrıla blərəm, bununla məşğul olan adamlar var. Mənim üçün heç vaxt maliyyə birinci olmayıb. Heç onuncu da olmayıb”.

Natiq Əliyev bütün əsərlərindən zövq aldığını vurğulayıb:

"Yoxsa yorularam. Əgər materiallarım olsa, təkcə bunu deyil, bütün işləri pulsuz da yaradardım. Bu mənim yaradıcılığmdır. Yaradıcılıq pulla ölçülmür. Əgər bu əsərdən pul güdsəydim, abidə heç vaxt belə keyfiyyətli alınmayacaqdı”.

Bahar Rüstəmli