Xəbər lenti

Bu əsgərlər dərhal döyüş zonasından kənarlaşdırılmalıdır – Professor
Ölkə10:45 07.10.2020

Bu əsgərlər dərhal döyüş zonasından kənarlaşdırılmalıdır – Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Cəbhə bölgəsində karantin qaydalarını qorumaq həmişə mümkün olmur”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla cəbhə bölgəsində əsgərlərin karantin qaydalarına əməl etməsindən danışarkən deyib. Professor bildirib ki, əsgərlərin cəbhə bölgəsində atəş altında olduğunu xatıladıb:

"Amma əsgərlər kazarmada olanda, eləcə də istirahət zamanı karantin qaydalarını qorumaları vacib şərtdir. İmkan daxilində ora tez-tez ventilizasiya olunmalı, baş qa vacib tədbirlər görülməlidir. Yaxşı olar ki, əsgərlər yatan zaman mütləq ara məsafəsi gözləsinlər”.

Adil Qeybulla qeyd edib ki, qızdırması olan əsgərlər dərhal döyüş zonalarından kənarlaşdırılmalıdır:

"Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilməlidir. Hər halda karantin şərtlərinə əməl olunmalıdır. Pandemiyanı qətiyyən unutmaq olmaz”.

Bahar Rüstəmli