Xəbər lenti

Bu evlərin qiyməti 10-15 faiz bahalaşacaq (VİDEO)
Video 23:19 21.06.2026

Bu evlərin qiyməti 10-15 faiz bahalaşacaq (VİDEO)

Bakıətrafı qəsəbələrdəki mənzillərə tələbat artıb...

Əmlak məsələləri üzrə ekspetlər deyirlər ki, Bakıda qəzalı binaların sökülməsi nəticəsində vətəndaşlar mərkəzdən kənar ərazilərdə mənzil almağa üstünlük verirlər. Bu məsələ qiymətlərə də təsir edir.

Elnur Fərzəliyev bildirir ki, Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ, kimi kənar qəsəbələrdə hazırda evlərdə və torpaq sahələrində ucuzluq müşahidə edilir. Lakin, görülən işlər nəticəsində qiymət artımı olacaq.

Eskpert qeyd edib ki, söküntüdən əlavə, yay aylarına görə də bu ərazilərdə olan evlərin qiyməti 10-15 faiz artacaq. Lakin, payızda 5 faiz enmə ola bilər.//Xəzər TV

--> -->