Xəbər lenti

Bu gecə daha 3 yolda hərəkət məhdudlaşdırılacaq
Ölkə14:53 05.04.2017

Bu gecə daha 3 yolda hərəkət məhdudlaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən "Qaynar"a daxil olan məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yol-cizgi və yol-göstərici xətləri yenidən rənglənəcək.
“Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir”, - deyə məlumatda qeyd edilib.
Qaynar.Az