O, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb
Bu gün Azərbaycanın fəxri, xalq artisti, görkəmli xanəndə Alim Qaslmovun 56 yaşı tamam olur. Alim Qasımov 1957-ci ilin bu günündə - 14 avqustunda dünyaya gəlib.
Valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ata-anasının ona musiqi təhsili verməyə imkanları olmayıb. Atasının əlindən tək bir şey gəlirdi; dəf düzəltmək üçün, keçi kəsmək. Bu dəf, Alimin birinci musiqi aləti idi. Bundan başqa Alim gözəl və hamıdan fərqlənən səsə də sahib idi.
Alim Qasımovun onda bəxti gətirmişdi ki, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında həyatında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanan Alim o vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrını araşdırmaqla məşğul olurdu.
Son zamanlarda cəmi doqquz albom çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. O, 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Muğam sənəti ilə Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır.
Alim Qasımov ABŞ-ın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasından seçilən 4 azərbaycanlıdan biri olub.
Sənətkar 26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
Ecazkar səsə malik sənətkarı ürəkdən təbrik edər, ona can sağlığı arzulayırıq!