Xəbər lenti

Bu gün “Avroviziya”nın qalibi seçiləcək (VİDEO)
Sənət05:36 22.05.2021

Bu gün “Avroviziya”nın qalibi seçiləcək (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Avroviziya” mahnı müsabiqəsinin böyük finalı baş tutacaq.
Qaynarinfo xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena”da keçiriləcək. Beynəlxalq müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.
Birincilik uğrunda bu ölkələr mübarizə aparacaq: Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland. 
Təmsilçimiz Samirə Əfəndi "Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.
<iframe width="640" height="350" src="https://www.youtube.com/embed/5ZVC6f9cXKk" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">