Xəbər lenti

Bu gün Çempionlar Liqasında daha iki görüş baş tutacaq
İdman11:15 15.03.2022

Bu gün Çempionlar Liqasında daha iki görüş baş tutacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, turun növbəti oyun günündə "Mançester Yunayted" İngiltərədə "Atetiko"nu qəbul edəcəksə, "Benfika" Niderlandda "Ayaks"ın qonağı olacaq. 
Bu komandalar arasında ilk görüşlər heç-heçə nəticələnib.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
15 mart
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 1:1)
Baş hakim: Slavko Vinçiç
00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) (İlk oyun - 2:2)
Baş hakim: Karlos del Serro
Buna qədər İngiltərədən "Liverpul"la "Mançester Siti", İspaniyadan "Real", Almaniyadan isə "Bavariya" 1/4 finala vəsiqə qazanıb.
Səbuhi Həsənov