Xəbər lenti

Bu gün Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşir
İdman06:56 16.03.2022

Bu gün Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulucaq.
Qaynarinfo xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı müəyyənləşəcək. "Vilyarreal" səfərdə "Yuventus"un qonağı olacaq. Gecənin digər qarşılaşmasında "Lill" Fransada "Çelsi"ni qəbul edəcək. 
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) (İlk oyun - 1:1)
Baş hakim: Şimon Marçinyak
00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) (İlk oyun - 0:2)
Baş hakim: Davide Massa
Buna qədər İngiltərədən "Liverpul"la "Mançester Siti", İspaniyadan "Real"la "Atletiko", Almaniyadan "Bavariya" və Portuqaliyadan "Benfika" 1/4 finala vəsiqə qazanıb.
Səbuhi Həsənov