Xəbər lenti

Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır
Ölkə05:40 10.03.2020

Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.
Qaynarinfo xəbər verir ki, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.
Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.