Xəbər lenti

Bu gün iki güləşçimiz mübarizəyə qoşulacaq
İdman07:33 04.10.2021

Bu gün iki güləşçimiz mübarizəyə qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatı davam edir.
 
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycanın son iki sərbəst güləşçisi döşək üzərinə çıxacaq. Belə  ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 finalda Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov isə eyni mərhələdə Belarusdan olan Aleksandr Xuştinlə güləşəcək.
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin qalibi ilə qarşılaşacaq.
Sərbəst güləşçilərimizdən hələ ki, yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal uğrunda görüşlər isə saat 20:00-da start götürəcək.
Səbuhi Həsənov