Xəbər lenti

Bu gün Masallıda nələr olub? - Zahir Əmənov yazdı
Ölkə19:23 21.01.2014

Bu gün Masallıda nələr olub? - Zahir Əmənov yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Masallıda 2 maraqlı olay yaşanıb. 

Biri Aşıq Tellinin Masallı ilə bağlı televiziyada qeyri-dəqiq məlumat yaymasıdır. Belə ki, o çıxışında 20 Yanvarda Masallıda toyda olduğunu bildirib. 

Daha sonra bu fikri yalanlamaq üçün ad günündə, digər şənlikdə olduğunu qeyd edib. Rayonun demək olar ki, bütün ərazi vahidləri ilə əlaqə saxlanılsa da, bu məlumat hər hansı formada öz təsdiqin tapmayıb. Hətta belə yalan məlumata görə yerli sakinlərin bir qrupu Aşıq Tellini məhkəməyə vermək istəyir və onun təcili təkzib verməsini, hansı kəndə toyda olduğunu bildirməsini tələb edirlər.

İkinci olay, Masallının Muğan Şıxları adlanan ərazidə (Masallıda 2 Şıxlar kəndi var) yanğın hadisəsinin açılmaması ilə bağlı kənd sakinlərinin şikayətidir. Məlumat üçün bildirək ki, təxminən 2 ay öncə Şıxlar kəndində bir ev yanıb. Ev yanarkən, ev sahibi mənzildə olmayıb. Daha doğrusu, həmin evdə ailə yaşamırmış. Həmçinin evdə elektrik və qaz xəttinin olmaması bildirilir. Buna görə də, yerli sakinlər güman edir ki, bu ev yanmayıb, yandırılıb. Onlar həmçinin narazıdırlar ki, Masallı Polsi Şöbəsi həmin yanğın və bu kənddəki digər oğurluq hadisələrin layiqincə araşdırmır. 

Buna görə də bir qrup adam bununla bağlı bu gün Masallı icra hakimiyyətinə gəlib və onlara verilən cavabdan razı qalmayaraq Bakı-Astara yolunu bağlamağa cəhd ediblər. Cəhdin qarşısı qısa müddətdə alınıb. Masallı Polis Şöbəsindən bizə bildirdilər ki, Şıxlardakı yanğın hadisəsi ilə bağlı bütün sənədlər FHN-nin Cənub bürosuna göndərilib və istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. Əgər ekspertizadan sonra məlum olsa ki, hadisədə cinayət əməli var, onda işi polis şöbəsinə yollayacaqlar və o vaxt polis şöbəsi tərəfindən araşdırılacaq. 

Hazırda həmin iş Masallı Polis çöbəsinə daxil olmayıb, digər oğurluq hadisələri də tam ciddiyyətlə araşdırılır. Masallı Rayonunda yerləşən FHN Yanğından Mühafizə İdarəsinin müdiri Yaşar Məcidov da Çıxlar kəndi ilə bağlı istintaq-əməliyyat tədbirlər aparıldığı barəd məlumatı təsdiq etdi.

Hazırda Masallıda belə məlumatlar da dolaşır ki, bu məsələlər bəzi şəxslər tərəfindən bilərəkdən təşkil edilir.

Zahir Əmənov,

"Cənub xəbərləri" qəzetinin baş redaktoru