
Rio Olimpiadasında bu gün XIV gün arxada qalacaq.
Qaynarinfo.Az xəbər verir ki, 5 idmançı bu gün Azərbaycanı təmsil edəcək.
16:23 1 nəfərlik qayıqla idmançımız Valentin Demyanenko 200 metr məsafəyə final yürüşündə iştirak edəcək.
17:11 Kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşünə qatılacaq.
17:24 Qadın güləşçi Natalya Sinişin 53 kq çəkidə mübarizəyə başlayacaq. Onun rəqibi son 3 olimpiadanın qalibi və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoshida olacaq.
18:00 Triatlonçu Rostislav Pevtsov start xəttinə çıxacaq.
22:00 Boksçu Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinal döyüşündə kubalı Arlen Lopeslə üz-üzə gələcək.
Qaynarinfo.Az