Xəbər lenti

Bu gün nəticələr açıqlanacaq
Ölkə08:37 23.08.2013

Bu gün nəticələr açıqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanacaq.
Anspress-in verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
TQDK sədrinin bildirdiyinə görə, artıq 10 495 abituriyent ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə öz ixtisas seçimini edib. Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqədə 21 400 nəfərin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə müsabiqənin nəticələrinə dair məlumatlar təhsil nazirliyinə məxsus facebook səhifəsində yerləşdirilir.
Qaynar.info