Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 11-ə olan USD/AZN məzənnəsini açıqlayıb.AMB-dən "Qaynar"-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7031 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil qalması deməkdir.
Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Dünən də dolların məzənnəsi 1,7031 manat olub.

