Bu il “Kainat gözəli” yarışmasında iştirak edəcək Puerto Riko gözəli Khristielee Caridenin tacı əlindən alınıb.
“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, Caride ölkə qəzetlərindən birinə verdiyi müsahibədə kameraları sevmədiyini, məcburiyyətdən gülümsədiyini bildirib.
Bu müsahibə müsabiqənin təşkilat komitəsini özündən çıxarıb.
Modelin qazandığı “Porto Riko gözəli” statusu əlindən alınıb, tacı Brenda Jimenezə verilib.
Jimenez isə açıqlamasında məlumatları təsdiq edib.
Qeyd edək ki, Khristielee dörd ay əvvəl ölkəsinin ən gözəl qızı seçilmişdi.
Qaynar.info








