Xəbər lenti

Bu halda qışa doğru daha yüngül epidemoloji vəziyyətlə üzləşə bilərik - Deputat
Ölkə12:56 01.09.2021

Bu halda qışa doğru daha yüngül epidemoloji vəziyyətlə üzləşə bilərik - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın 1 ay ərzində peyvənd olunanların sayını 70 faizə çatdırsaq, düşnürəm ki, payız və qışa doğru daha yüngül epidemoloji vəziyyətlə üzləşəcəyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev peyvənd olunmayanlara münasibətdə bu gündən başlanan bəzi qadağaların vaksinasiya prosesini sürətləndirib-sürətləndirməyəcəyinə aydınlıq gətirərkən deyib. 
Deputat düşünür ki, məhdudiyyətlər vaksinasiya prosesini sürətləndirəcək: 
"Vaksiyasiya prosesi tək könüllülük prinsipilə deyil, həm də ağıllı yanaşma tələb edir. Vətəndaşlar maariflənərək anlamalıdırlar ki, vaksinasiyanın yalnız xeyri var. Bütün hallarda bu məsələdə əsas rolu insanların prosesə şüurlu şəkildə yanaşması oynayacaq. Müəyyən məhdudiyyətlər də olmalıdır. Təbii ki, vaksinasiya yoluxmadan tam qorumur. Müəyyən dərəcədə təkrar vaksin olunanlar da yoluxur. Amma vaksinasiya ölümdən, ağır vəziyyətdən qoruyur. Yaxın 1 ay ərzində peyvənd olunanların sayını 70 faizə çatdırmaq prinsipcə mümkündür. Hər gün təxminən 100 min insan vaksin olunur. Bu templə bir ay ərzində daha 3 milyon insan peyvənd olunacaq. İndiyə kimi 2 milyon insan hər iki dozanı, 3 milyona yaxını da birinci dozanı alıb. Yerdə qalan əhali isə uşaqlardır. Belədə istədiyimiz nəticəyə çatacağıq”. 
Deputat qoyulan bu məhdudiyyətlər ciddi nəticə verməyəcəyi təqdirdə, sonrakı mərhələdə daha sərt qadağalara keçidə zərurət yaranacağını zənn etmir: 
"Buna zərurət olacağını düşünmürəm. Daha çox maarifləndirmə tədbirlərinə üstünlük verməliyik. Elektron KİV-lər öz növbəsində hərdən reanimasiyalardakı vəziyyəti göstərməlidir ki, insanlara xəbərdaredici təsir göstərsin. Reanimasiyalarda vəziyyət əvvəlkindən o qədər də yaxşı deyil. Elə klinikalar var ki, reanimasiyada yer olmadığından, xəstələrə koridorda yardım göstərməyə məcbur olurlar. Bunları vətəndaşlara çatdırmalıyıq ki, hər biri belə vəziyyətlə üz-üzə qala biləcəklərini anlasınlar. Zamanında tibbi maarifləndirmə işini lazımi səviyyədə qurmadığımızdan insanlar da vaksinasiyaya etinasız, şübhəli yanaşır”. 
Rüfət Sultan