Xəbər lenti

Bu, hərbçilərimizin həyatını təhlükəyə ata bilər - Müdafiə Nazirliyindən xəbərdarlıq
Ölkə06:46 19.10.2020

Bu, hərbçilərimizin həyatını təhlükəyə ata bilər - Müdafiə Nazirliyindən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Qaynarinfo açıqlamada deyilənləri çatdırır:
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.
Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.