Türkiyə kimi dövlətdə təxminən 800, bizdə 1600 bələdiyyə var.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir:
"Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin məcəllədə əksini tapmasını istəyirik".
Deputat qeyd edib ki, ciddi şəkildə seçki məcəlləsinə baxılmalıdır:
"Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.
Qafqaz Rafiqoğlu
Şərhlər