Xəbər lenti

Bu il “Buker”in uzun namizədlər siyahısında kimlər var?
Dünya13:22 27.07.2022

Bu il “Buker”in uzun namizədlər siyahısında kimlər var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın əsas ədəbi mükafatlarından biri olan Buker Mükafatı 2022-ci ildə mükafata namizədlərin uzun siyahısını açıqlayıb.
Buker mükafatının uzun siyahısına 13 əsər daxildir. Münsiflər heyətinin rəhbəri Nil Makqreqorun sözlərinə görə, siyahıda hekayələr, təmsillər və məsəllər, fantaziya, mistisizm, meditasiya və trillerlər var.
Buker Mükafatının 2022 siyahısı
Odri Maqi The Colony
Selbi Vinn Şvarts After Sappho
Novoyolet Bulavayo Glory
Kler Kiqan Smol Things Like These
Leyla Mottli Nightcrawling
Meddi Mortimer Maps of Our Spectacular Bodies
Qrem Makrey Barnet Case Study
Alan Qarner Treacle Walker
Persival Everett The Trees
Ernan Dias Trust
Şehan Karunatilaka The Seven Moons of Maali Almeida
Elizabet Straut Oh William!
Karen Coy Fauler Booth
Namizədlər arasında 2009-cu ildə Pulitzer mükafatı laureatı Elizabet Stroutun yeni romanı da var. Bu, onun Buker almaq üçün ikinci cəhdidir. Onun ilk kitabı 2016-cı ildə uzun siyahıya daxil edilmişdi.
Qısa siyahı sentyabrın 6-da, qalib isə oktyabrın 17-də elan olunacaq.
2022-ci il Buker Mükafatı "Qumlu məzar" romanına görə hind yazıçısı Geetanjali Şriyə verilib. Hind dilində yazılmış əsər ilk dəfədir ki, bu nüfuzlu ədəbi mükafatı alıb.
Nizami Bağırov