Xəbər lenti

Bu ölkə də Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır
Ölkə18:45 26.02.2018

Bu ölkə də Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəhreynin "Gulf Air" aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu il aviaşirkət öz fəaliyyət dairəsini genişləndirməyi və yeni istiqamətlərdə uçuşlar həyata keçirməyi nəzərdə tutur.
Bildirilir ki, istiqamətlərdən biri də Bakı şəhəridir.
Qeyd edək ki, Bəhreynin milli aviadaşıyıcısı "Gulf Air" 1950-ci ildən uçuşlar həyata keçirir. Hazırda şirkət 24 ölkədə 43 məntəqədə xidmət göstərir.