Xəbər lenti

Bu ölkə qaçırılan 110 qızı axtarır
Dünya05:00 27.02.2018

Bu ölkə qaçırılan 110 qızı axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndiyə qədər 30 mindən artıq insanın ölümünə görə məsuliyyət daşıyan Nigeriyadakı "Boko Haram" terror təşkilatının bir qəsəbədən qaçırdığı 110 qız hələ də tapılmayıb.
Qaynarinfo xəbər verir ki, radikal islamçı terror təşkilatının Dapçi qəsəbəsindən ötən hətə qaçıdrığı qızların axtarış işləri sürətləndirilib.
"Boko Haram" militanları fevralın 19-da şimal-şərq əyaləti Yobedəki bir məktəbə hücum edərək qızları qaçırıb. Axtarışı sürətləndirmək üçün ötən gün bölgəyə əlavə təyyarə və əsgərlər göndərilib.
Nigeriya prezidenti Muhammadu Buhari hadisənin "milli fəlakət" olduğunu bildirərək şagirdlərin ailələrindən üzr istəyib.
Əsgərlərin hücumdan bir neçə gün əvvəl Dapçidəki nəzarət nöqtələrini tərk etməsi ilə bağlı xəbərlər qaçırılan qızların ailələrini qəzəbləndirib. 
Nigeriya informasiya naziri Lai Mohammed gələcəkdə baş verə biləcək bənzər hücumların qarşısını almaq üçün Yope əyalətindəki məktəblərə polis və təhlükəsizlik əməkdaşlarının göndərildiyini açıqlayıb.
Ötən həftə Dövlət Elm və Texniki Qız Kollecində də bənzər hücum olmuşdu. Lakin həmin vaxt müəllimlər və şagirdlər yaxınlıqdakı kolluq əraziyə qaçaraq terrorçuların əlindən qurtulmuşdu. Bölgə əhalisi hərbi təyyarələrin köməyi ilə terrorçuları bölgədən qovmağa nail olmuşdu.
"Boko Haram" təşkilatı 2014-cı ildə Çibokdakı bir məktəbə basqın edərək 276 qız şagirdi qaçırmışdı. Sonrakı illərdə bu qızlardan bəziləri azad edilib, bəziləri isə qaçmağa nail olub. 100-dən artıq qızdan isə heç bir məlumat yoxdur.
"Boko Haram" yerli dildə "Qərb tərzində təhsil günahdır" anlamına gəlir. 2002-ci ildə qurulan təşkilat Nigeriyada terror aktlarına 2009-cu ildə başlayıb. Terrorçular ölkənin şimal-şərqində minlərlə insanı öldürüb, çox sayda insanı isə qaçırıb. Hökumət "Boko Haram"ın 30 mindən çox insanı öldürdüyünü, 100 mindən çox insanın isə evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
İŞİD-ə bağlı olduğunu açıqlayan "Boko Haram" "İŞİD-in Qərbi Afrika qolu" adlandırılır. Təşkilat Nigeriyanın şimal-şərqində ələ keçirdiyi bölgədə "xəlifəliyi"ni elan edib. 
Aydın