Kantabriya Universitetinin Ətraf Mühitin Hidravlikası İnstitutunun təbiət kataklizmləri üzrə eksperti İqnasio Aqirre bildirib ki, İspaniyada böyük sunami təhlükəsi var.
O, hakimiyyət orqanlarına müraciət edərək onları potensial təhlükə barədə əhalini məlumatlandırmağa çağırıb. Aqirrenin fikrincə, insanlar təbii fəlakətlə üzləşəcəkləri halda özlərini necə aparacaqlarını bilməlidirlər.
İspaniyanın cənubu və Aralıq dənizinin şərq sahili risk zonasındadır. Seysmik dəyişkənlik olacağı təqdirdə sunaminin yolunda bu bölgələr olacaq. İ.Aqirrenin sözlərinə görə, sunami təhlükəsi düşündüyümüzdən də realdır və buna bənzər hadisələr artıq qeydə alınıb. 1955-ci ildə məşhur Lissabon zəlzələsi ən dağıdıcı zəlzələ olub. Sunami doğuran bu zəlzələ Uelva və Kadisi dağıdıb. O zaman mindən çox adam həlak olub. 1969-cu və 2003-cü illərdə Balear adalarında nisbətən zəif sunamilər baş verib, lakin tələfat olmayıb.
İspaniyanın Milli Coğrafiya İnstitutunda sunamini proqnozlaşdıran mərkəz fəaliyyət göstərir. (AZƏRTAC)