
Rusiya Narkotika ilə Mübarizə Xidmətinin rəhbəri Viktor İvanov hər il 15-34 yaş arasında 100 min gəncin narkotikadan öldüyünü deyib.
Qaynar.info-nun məlumatına görə, narkotika ilə mübarizə məsələsində vəziyyətin qorxunc olduğunu deyən İvanov ölkədə təxminən 8.5 milyon narkotika istifadəçisi olduğunu söyləyib.
Onun sözlərinə görə, narkotikdən istifadə yaşı 15-16 yaşa düşüb.
Narkotikanın gənc nəsli cinayətlərə sövq etdiyini və rus əhalisinin aşağı düşməsinə ən böyük təsirlərdən biri olduğunu deyən xidmət rəhbəri milyonlarla narkotika istifadəçisinin tibbi yardım almadığını da qeyd edib.
Qaynar.info