Xəbər lenti

Bu ölkədə ara qarışdı: Prezident sarayı tutuldu
Dünya19:20 22.11.2016

Bu ölkədə ara qarışdı: Prezident sarayı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.

Bu barədə "Brasil de Fato" portalı xəbər verib.

Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri onların həyat tərzinə, müasir kənd təsərrüfatına və sənayeyə təhlükə yarandığını bildirərək buna etiraz edirlər

"France Presse"nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur. (Report)

Qaynarinfo.Az