Xəbər lenti

Bu ölkədə ilk dəfə Baş Qərargah rəisi qadın oldu
Dünya20:39 27.11.2018

Bu ölkədə ilk dəfə Baş Qərargah rəisi qadın oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sloveniya Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın təyin edilib. 
Qaynarinfo xəbər verir ki, briqada generalı Alan Gederi briqada generalı Alenka Ermenç əvəzləyib. Dəyişiklik Sloveniya müdafiə naziri Karl Eryavcın təqdimatına əsasən baş tutub.
Qeyd edək ki, 55 yaşlı Alenka Ermenç Lublana Universitetində ictimai elmlər bakalavrdır. O, London Kral Hərbi Elmlər Kolejini müvəffəqiyyətlə bitirib. 1991-ci ildən hərbçi olan Ermenç cari ilin mart ayında Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.