Xəbər lenti

Bu ölkədə insanlar 15 il yaşayır - VİDEO, FOTO
Dünya15:42 27.01.2014

Bu ölkədə insanlar 15 il yaşayır - VİDEO, FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1962-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad edilən və müstəqillik qazanan bu ölkədə daimi olaraq hərbi münaqişələr baş verir

Dünyada yoxsul vəziyyətdə yaşayan ölkələr heç də az deyil. Statistik məlumatlara görə belə ölkələrin böyük əksəriyyəti Afrikada yerləşir.

Ans press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Afrikanın cənub-şərqində yerləşən Uqanda da yoxsul ölkələrdən biri sayılır. 1962-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad edilən və müstəqillik qazanan bu ölkədə daimi olaraq hərbi münaqişələr baş verir. Bu münaqişələr zamanı yüzlərlə insan həyatını itirib, milyondan çox insan isə başqa ölkələrə qaçıb. Uqanda əhalisinin təxminən yarıdan çoxu yoxsulluq içində yaşayır. Bu baxımdan da ölkə vətəndaşları orta hesabla 15 ildən çox yaşaya bilmirlər.

Qaynar.info