Xəbər lenti

Bu marketdə vaxtı keçmiş məhsullar aşkarlandı (FOTO)
Ölkə18:47 03.03.2026

Bu marketdə vaxtı keçmiş məhsullar aşkarlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda "MM” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qaynarinfo xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən "MM” marketdə yoxlama keçirib.
Marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.
Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.