Xəbər lenti

Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
Ölkə15:05 31.12.2021

Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bayramla əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək