Xəbər lenti

Bu maşından dünyada 2 dənədir - Biri Bakıdadır
Ölkə09:46 19.01.2023

Bu maşından dünyada 2 dənədir - Biri Bakıdadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Kayseri şəhərində yaşayan Hakan Maraşlı Qazaxıstanda bəyənib aldığı avtomobili ölkəsinə gətirməklə xeyli marağa səbəb olub. 
Hakan Maraşlı avtomobili özü üçün alsa da, bunun yaxşı reklam və gəlir gətirəcəyini düşünməyib. Avtomobili görən hər kəs onunla şəkil çəkdirmək istəyir.
Avtomobil "Kül kedisi” nağılındakı araba formasında hazırlanıb. 
"Avtomobili Qazaxıstandan Türkiyəyə gətirmək üçün 650 min lirə xərclədim. Bildiyimə görə, bu maşından bütün dünyada 2 dənədir. Biri Kayseridə, digəri isə Bakıdadır”,- o bildirib.
Qeyd edək ki, "Kül kedisi"nin Bakıdakı avtomobili gəlin maşını kimi icarəyə verilir. /Lent.az