Xəbər lenti

Bu məsələdə heç bir partiyanın fikir ayrılığı yoxdur – Vətən müharibəsi
Siyasət10:18 05.10.2020

Bu məsələdə heç bir partiyanın fikir ayrılığı yoxdur – Vətən müharibəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mən bu siyasi həmrəyliyi alqışlayır, dəstəkləyirəm”.

Bunu Qaynarinfo-ya açqlamasında AĞ Partiya başqanı Tural Abbaslı vətən müharibəsi dönəmində bütün siyasi partiyaların birliyindən və Ali Baş Komandan İlham Əliyevə dəstək verməsindən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan vətən müharibəsi apardığı bir dönəmdə siyasi mənsubiyyət ikinci, hətta üçüncü plana düşməlidir:

"Çünki burada əsas hədəf dövlətin ərazi bütövlüyüdür. Belə bir məqamda heç bir siyasi qüvvə, partiya, şəxs siyasi maraqlarını və iddialarını ortaya qoymamalıdır və edə də bilməz. Təbii ki, biz 50 partiya, sonradan Müsavat Partiyası da bu siyahıya qoşuldu, AXP-də ayrıca bəyanat verdi və bu məsələdə heç bir partiyanın fikir ayrılığı yoxdur. Belə də olmalıdır. Bunun əksini edən siyasi qüvvə xalq tərəfindən qınanılacaq və həm də ola bilər ki, siyasi səhnədən silinəcək”.

Tural Abbaslı bildirib ki, bu gün bütün Azərbaycan ordu halındadır:

"İlham Əliyev də Prezidentdən daha çox Ali Baş Komandandır. Döyüşlərin getdiyi bir məqamda siyasi fəaliyyət qəbuledilməzdir, rəqabət və fürsətcillik yolverilməzdir. Heç bir siyasi partiyanın da başqa şansı yoxdur. İndiki məqamda, vətən müharibəsi gedən bir ərəfədə kimsə bu dövlətə, dövlətin ordusuna dəstək verməyib siyasi maraqlar güdərsə, ona qarşı ilk olaraq biz çıxarıq. Çünki vətən torpaqdan ibarətdir. Torpaq alınandan sonra siyasi fəaliyyət davam edə bilər. Mən bu siyasi həmrəyliyi alqışlayıram, dəstəkləyirəm. Nə qədər ki, Azərbaycan Ordusu müharibə aparacaq, o qədər də siyasi partiyalar iqtidara dəstək verəcək”.

 

Bahar Rüstəmli