Xəbər lenti

Bu metrostansiyanın giriş-çıxışı bağlanır
Ölkə17:17 19.05.2015

Bu metrostansiyanın giriş-çıxışı bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Gənclik” stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük bağlanır. 
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a bildirib ki, “Gənclik” stansiyasının İdman Akademiyası istiqamətində olan vestibülün giriş-çıxışı 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır.
Nəsimi Paşayevin sözlərinə görə, bağlanacaq giriş-çıxış sadəcə yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.
Təmir işlərinin 22 may səhər saat 6.00-ya qədər tamamlanması planlaşdırılır.
Qaynar.info