Xəbər lenti

Bu nazirliyin bir neçə strukturu birləşdirilir
Ölkə10:47 12.12.2017

Bu nazirliyin bir neçə strukturu birləşdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin yanvarından Azərbaycanda "155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib. Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.
Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların "Aztelekom” MMC, "Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.
Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin "107”, "109” və "153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.