Xəbər lenti

Bu nəqliyyat vasitələri hərəkət üçün 50 manat ödəyəcək
Ekonomiks07:13 11.04.2023

Bu nəqliyyat vasitələri hərəkət üçün 50 manat ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.