Zambiyada ölüm ləğv edilib.
Qərarı ölkə prezidenti Hakainde Hiçilema qəbul edib.
O, həmçinin dövlət başçısını təhqir etməyə görə cəzanı da ləğv edib.
Zambiya məhkəmələri bundan əvvəl ağır cinayətlərə görə ölüm hökmü çıxarırdı. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.