Ekonomiks 23:54 13.05.2022

Bu ölkənin pul vahidi dəyişdi

Xorvatiya parlamenti səs çoxluğu ilə avronun respublikada rəsmi pul vahidi kimi dövriyyəyə buraxılması haqqında qanunu təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü parlamentin mətbuat xidməti məlumat yayıb.

Yeni qanunun qəbulunun lehinə 117 deputat, əleyhinə 13 deputat səs verib, bir deputat isə bitərəf qalıb.

Qeyd olunur ki, Xorvatiyanın əsas valyuta kimi avrodan istifadəyə rəsmi keçidi 2023-cü il yanvarın 1-dən planlaşdırılıb.

Xatırladaq ki, ölkənin milli valyutası kunan idi