
İnternetdə paylaşım rekordları qıran, Türkiyədə yaşayan Tombili adlı məşhur pişiyin xatirəsinə heykəl qoyulub.
ATV.az Türkiyə mediasına istinadən bildirir ki, bir müddət əvvəl ölən bu məşur pişiyin xatirəsini əbədiləşdirmək üçün insanlar heykəl qoymaq qərarına gəlib. Aralarında imza toplayan şəxslər bələdiyəyə müraciət ediblər. İstanbul Kadıköy bələdiyyəsinə edilən müraciət müsbət nəticə verib. Bu gün Tombilinin heykəlinin açılış mərasimi keçirilib.
Qaynarinfo.Az

