Respublikaçı senator Rend Pol Konqrensin Ukraynaya 40 milyard dollarlıq yardımının qarşını alıb.
Qaynarinfo "Reuter” xəbər agentliyinə istinadla xəbər verir ki, Amerika senatında Respublikaçı və Demokrat senatorlar Ukraynaya 40 milyard dollar yardım paketinin qəbul edilməsi üçün səylərini
birləşdirib.
Ancaq respublikaçı Rend Pol Ukraynaya yardıma qarşı çıxır. O, göstərilməsi nəzərdə tutulan yardımın məbləğinə etiraz edir.
Qərarın qəbul edilməsi gələn həftəyə qalıb.
Senatın demokrat çoxluğunun lideri Çak Şumer qərarın gecikmədən qəbul olunacağını bildirib.
"Paket qəbul edilməsi üçün hazırdır, koridorun hər iki tərəfində oturan qüvvələrin mütləq əksəriyyəti də bunu istəyir. Əgər senator Pol öz məsuliyyətsiz qərarında israr etsə, qazanacağı tək şey Ukraynanın çox ehtiyacı olan yardımı təkbaşına gecikdirmək olacaq”, - Şumer bildirib.
Pol isə Ukraynaya xərclərə nəzarət etmək üçün müfəttişin təyin edilməsini istəyir və bunun üçün qanunvericiliyin dəyişdirilməsini tələb edir. Onun razılığı olmadan Senat 40 milyardlıq yardım paketini qəbul edə bilmir.
Şumerin siyasi rəqibi, respublikaçı çoxluğun lideri Miç Makkonel də Ukraynaya yardımla bağlı danışıb.
"Ukrayna bizdən bu müharibədə döyüşməyi istəmir. Onlar sadəcə bu axmaq işğaldan özlərini qorumaq üçün ehtiyacları olan şeyləri istəyir. Onların buna indi ehtiyacı var”,- o deyib.
Qərar konqresdə 368 səslə razılaşdırılıb. Yalnız 57 respublikaçı qərara qarşıdır.
Nurlan Hüseynov