Xəbər lenti

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
Ölkə08:39 07.06.2021

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.