Xəbər lenti

Bu şəxs adını Türkiyə tarixinə yazdıra bilər
Dünya07:53 10.03.2019

Bu şəxs adını Türkiyə tarixinə yazdıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əslən Sudanın Dinka qəbiləsindən olan qaradərili iş adamaı Məsud Mərcan Demokrat Partiyadan Səlcuq şəhərinin bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçiləcəyi təqdirdə, o, Türkiyənin ilk qaradərili bələdiyyə sədri olaraq, adını ölkə tarixinə yazdıracaq.
İzmir Bölgə Müdürlüyünü ziyarət edərək, layihələrindən bəhs edən 47 yaşlı Məsud Mərcan babalarının Sudanın Dinka qəbiləsinə mənsub olduğunu və 400 il öncə Anadolu torpaqlarına gəldiklərini deyib.
O, afrikalı türklərin son təmsilçiləri olaraq hazırda İzmirdə yaşadıqlarını və geniş ailəyə sahib olduqlarını bildirib.
Gəncliyində modelliklə və həvəskar liqdə futbol oynayan Mərcan daha sonra ticarət sahəsinə atılıb. O, yarım əsrə yaxındır vətən bildikləri torpaqlara indi ataları kimi xidmət etmək istədiyini söyləyib.
Mərcan seçiləcəyi təqdirdə Afrika ilə ticarət və mədəniyyət sahəsində əməkdaşlığı artıracağını deyib: "Afrikanın 56 ölkəsi, 2 milyarda yaxın əhalisi və məhsuldar torpaqları var. Bunların yaxşı şəkildə dəyərləndirilməsi lazımdır. Səlcuq mənim ata torpağımdır. Bunları Səlcuq üçün ən yaxşı şəkildə dəyərləndirmək istəyirəm".
O, namizədlər arasında yeganə qaradərili namizəd olmağının üstünlük olduğunu da bildirib: "Mən seçilərsəm, bütün dünyanın gözü İsmirə, Səlcuqa çevriləcək. Türkiyə tarixində ilk qaradərili türk millətçisi bir bələdiyyə sədri namizədi, bir də bələdiyyə sədri olduğumu düşünün".
Afrikaya vasitəçksiz ixracat edilməsini təmin edəcəyini, turizmi inkişaf etdirmək üçün çalışacağını deyən Mərcan atalarının bu torpaqlarda iz buraxdığı kimi, özünün də xidmətləri ilə iz qoymaq istədiyini vurğulayıb. O, ətraf mühit, tranzit, infrastruktur və mədəni layihələri ilə Səlcuqu inkişaf etdirməyi hədəflədiklərini, afrikalılarla səlcuqları qovuşdurma, Dana Bayramı, müxtəlif festivalların təşkili, velosiped yolu çəkilməsi və zibillərin təmizlənməsi kimi işlərin ön planda olacağını sözlərinə əlavə edib.