İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, sərgi 27 may – 4 iyun tarixlərində baş tutacaq. Sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə reallaşacaq.
Müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək. Tədbir günlərində təqdimatlar, müzakirələr, panellər, görüşlər və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına veriləcək.
Sərgi şəhərin müxtəlif məkanlarında, hətta bəzi günlərdə açıq havada keçiriləcək. Sərgidə oxucular bəzi kitabları endirimli qiymətlərlə əldə edəcək.
Bahar Rüstəmli