
Taylandın Nakhon Ratçasima şəhərində iki lezbian qadın evlənib. Qaynar.info xəbər verir ki, ölkədə eyni cinsli nigahlara rəsmi icazə olmadığından 31 yaşlı Yupa Çanmuenaai və 25 yaşlı Piyanat Sae Kim adlı qadınlar tay ənənələrinə uyğun toy edib.
Tay ənənələrinə görə toyda kişi tərəfi olaraq Yupa Çanmuenvai gəlinin ailəsi üçün hədiyyələr aparıb. Bundan sonra isə onlar qeyri-rəsmi nigaha daxil olublar.
Onların bu hərəkəti Taylandda geniş müzakirələrə səbəb olub. Belə ki, ötən il Demokrat və "Pheu Thai" partiyaları birlikdə qanun layihəsi hazırlayaraq eynicinsli evliliyə icazə verilməsi üçün parlamentə təqdim etmişdi. Lakin ölkədəki inqilabdan sonra həmin qanun layihəsi yoxa çıxıb. Ədliyyə Nazirliyinin də dəstəklədiyi qanun layihəsi bu günə qədər müzakirəyə çıxarılmayıb. İki lezbianın evlənməsi bu məsələni yenidən gündəmə gətirib.
Qeyd edək ki, dünyada eynicinsli nigahlara ilk dəfə 2001-ci ilin 1 aprelində Hollandiyada icazə verilib. İlk 3 ildə bu ölkədə 6 min homoseksual evlənib.
Qaynar.info