
Prezident İlham Əliyev ötən gün Tacikistan prezidenti Emoməli Rəhmanlagörüşünü şərh edib. Görüşdə Tacikistan Azərbaycan arasındamünasibətlərin daha da möhkəmlənəcəyini bildirib.
Qaynar.info xəbər verir ki, İlham Əliyev bu barədə özünün tvitter hesabında yazıb.
“Tacikistana ikinci rəsmi səfərə gəlməyim, Emoməli Şərifoviçin dəAzərbaycanda iki dəfə rəsmi səfərdə olması özlüyündə ölkələrimizarasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Tacikistanprezidenti ilə birgə imzaladığımız siyasi Bəyannamə bizim gələcəkmünasibətlərimizin bütün spektrini müəyyənləşdirir.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqnormalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə,Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regiondasülhün təmin edilməsi üçün yeganə mümkün yoldur. Bu mövqeni dəstəkləyənbütün ölkələrə, o cümlədən Tacikistana minnətdarıq”.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin illərlə kağız üzərindəqaldığına da diqqət çəkən prezident işğalçı ölkənin bu qətnamələri icraetməsi üçün ona lazımi təzyiqlərin göstərilməməsini də qeyd edib.
“Azərbaycan yalnız öz milli maraqlarına əsaslanaraq fəal müstəqil xaricisiyasət yürüdür və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiəedir. Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarınıitirməsinlər. BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda birgün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin –Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cürqərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. İşğalçı ölkənin buqətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Əgər buqərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirəbilməyən təşkilatlar nüfuzdan düşür. Bəzən elə təsəvvür yaranır ki,ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Bizə qarşıetnik təmizləmə aparılıb, işğal edilmiş ərazilərimizdə tarixi, mədəni,dini abidələrimiz dağıdılıb. Bunları hansısa yadplanetlilər deyil,bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimiziyemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyənanda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər”-deyə İ.Əliyev qeyd edib.
Azərbaycanda, Xəzər regionunda ən iri liman olacaq Yeni Beynəlxalq DənizLimanının açılması, habelə gələn il başa çatdırılacaq Bakı-Tbilisi-Qarsdəmir yolunun tikintisinə də toxunan ölkə başçısı bu layihələrinAzərbaycan üçün yeni imkanlar yaratdığını qeyd edib.
“Bu, Asiyadan Avropaya və əks istiqamətdə malların tranziti üçün ənqısa, ən səmərəli və ucuz yoldur. Düşənbə ilə Bakı arasında birbaşaaviareysin bərpa olunması ölkələrimizin daha da yaxınlaşması üçün çoxyaxşı səmərə verəcək, Bakıdan keçməklə Avropaya, artıq indi Amerikayasəfərlər asanlaşacaq. Tacikistan və Azərbaycan xalqları həm tarix, həmdə mədəniyyət baxımından bir-birinə yaxın xalqlardır. Bizimədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarixbirləşdirir. Biz gələcəkdə də mədəni proqramlarla bağlı müxtəliftədbirlər keçirəcəyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişafdinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həlledilir. Bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizinarahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə,sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyətöhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir. Biz beynəlxalqtəşkilatlarda da bir-birimizi dəstəkləyir, bir-birimizin təşəbbüslərinəsəs veririk. Biz bütün dünya üçün açığıq, bütün dünya ilə əməkdaşlıqedirik. Azərbaycan sivilizasiyaların dialoqu, mədəniyyətlərarası dialoqsahəsində çox iş görür. Artıq müntəzəm olaraq dördüncü dəfə keçirilənBakı Humanitar Forumu əsasən multikulturalizm ilə bağlı məsələlərə həsredilib. Bizim dövlətimizin əsası və gələcək uğurlarımızın rəhnixalqımızın ənənəvi dəyərlərinə arxalanmağımızdır. Biz bu dəyərləriqoruyub saxlamalı, möhkəmlətməliyik. Yeni, gənc nəsil də öz ölkəsinə, özxalqına bağlı olmalı, Vətəni sevməli və milli ruhda tərbiyəolunmalıdır. Qonşu dövlətlərlə yaxşı münasibətlərdə olmağa çalışırıq vəgücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz dəqonşularımızdan kömək gözləyirik və adekvat münasibət görürük. Təhsilə,elmə qoyulan sərmaylər gələcək inkişafın əsasıdır. Ölkənin uğurunumüəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır.Biz də güclü elmi potensialı olan inkişaf etmiş ölkələr sırasındaolmalıyıq”-deyə İlham Əliyev tvitter hesabında yazıb.