Xəbər lenti

Bu videoya qadağa qoyuldu - VİDEO
Dünya09:19 04.04.2014

Bu videoya qadağa qoyuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Senzorların fikrincə 28 yaşlı modelin çəkildiyi video çox açıq-saçıq alınıb

Məşhur İsrailli supermodel Bar Rafaeli yeni reklam çarxına çəkilib. 

ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu Leonardo di Kaprionun keçmiş sevgilisi olan model bu dəfə "Hoodies" brendinin kişi alt geyimi çarxında rol alıb. Video görüntü dünyanın öndə gedən ölkələrində məşhurluğa doğru getdiyi anda İsrail televiziyaları bu reklama qadağa qoyublar. Adıçəkilən video sosial şəbəkədə yüzlərlə istifadəçilər tərəfindən izlənilir.

Senzorların fikrincə 28 yaşlı modelin çəkildiyi video çox açıq-saçıq alınıb. Ölkənin televiziya və radio komiteti açıqlamasında bildirib ki: "Reklam çarxında nümayiş olunan xanımlar və ümumi gedişat seksual xarakter daşıyır". Bundan sonra həmin reklamı axşam saat 10-dan sonra nümayiş etməyə icazə verilib. "Hoodies" brendinin nümayəndələri bildiriblər ki, bu reaksiyanı gözləmirdilər. Onların fikrincə çarx gülməli və şən alınıb, reklamda Bar oyuncaq personalı olan Red Orbach ilə birlikdə çəkilib. 

Həmin reklam çarxını sizə təqdim edirik: