Xəbər lenti

"Bu xəbərə görə yüksək məbləğdə pul verdim" - Bayram Səfərov
Ölkə09:04 13.11.2020

"Bu xəbərə görə yüksək məbləğdə pul verdim" - Bayram Səfərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şuşanın erməni işğalından azad olunması xəbərini  ilk mənə deyən şəxsə muştuluq olaraq yüksək məbləğdə pul mükafatı verdim."
Bunu Unikal.org-a açıqlamasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
"Bu xəbərə çox sevindim. Ən böyük arzum Şuşa şəhərini gedib görməkdir. Hələ o torpaqlara gedə bilməmişəm. İnşaallah yaxın zamanlarda gedərəm. Bu xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Söz verdiyim kimi bu xəbəri mənə ilk deyən şəxsə pul mükafatı verdim".