Xəbər lenti

Bu xəstəliyi olanlar avtomobil sürə bilməyəcək: Siyahı hazırlanır
Ölkə17:51 02.01.2019

Bu xəstəliyi olanlar avtomobil sürə bilməyəcək: Siyahı hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq. 
Qaynarinfo xəbər verir ki, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyi 2019-2013-cü illərdə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısını təsdiq etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Nəqliyyat Agentliyi digər icraçı qurumlar qismində müəyyənləşib (yenicag.az)