Xəbər lenti

Bu yola girməyin - sürücülərə xəbərdarlıq
Ölkə09:44 25.03.2016

Bu yola girməyin - sürücülərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 26 mart 2016-cı il tarixindən etibarən sözügedən avtomobil yolunda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işlərinə start verilir.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.//milli.az

Qayanr.info