Xəbər lenti

Budapeşt meri seçkilərində səslər yenidən hesablanır
Dünya 21:41 09.07.2024

Budapeşt meri seçkilərində səslər yenidən hesablanır

Macarıstanda Budapeşt meri seçkilərində verilən səslərin yenidən hesablanmasına başlanılıb. İyunun 9-da keçirilən seçkilərdə 700 minə yaxın səs verilib. 

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir

İlkin nəticələrə görə, paytaxtın hazırkı meri, müxalif siyasətçi Qerqey Karaçon qalib gəlib. Bununla belə, fərq cəmi 0,01% səs təşkil edib. Onun əsas rəqibi, baş nazir Viktor Orbanın dəstəklədiyi David Vitesi məhkəməyə müraciət edib və ötən şənbə Ali Məhkəmə onun tələbi ilə razılaşıb. Səslərin təkrar hesablanmasının nəticələri cümə günü, iyulun 12-də açıqlanacaq.

Budapeştin hazırkı meri artıq bəyan edib ki, bütün seçki məntəqələrində səslərin yenidən hesablanması yalnız bütün partiyaların nümayəndələrinin və seçkilərdə iştirak edən namizədlərin iştirakı ilə aparılmalıdır. Əks halda, təkrar hesablanma "seçkiləri saxtalaşdırmaq cəhdi” kimi qiymətləndiriləcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->