Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqası oyununun təyinatları bəlli olub.
Qaynarinfo xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Luis Godinho idarə edəcək. Ona Rui Teixeira və Pedro Almeida köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andre Narciso yerinə yetirəcək. VAR-da Hugo Miguel, AVAR-da Fabio Oliveira Melo əyləşəcəklər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Şərhlər