Xəbər lenti

Buraxılış imtahanları ləğv edilə bilərmi? (ŞƏRH)
Ölkə09:24 20.09.2017

Buraxılış imtahanları ləğv edilə bilərmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə "İbtidai təhsildən orta təhsilə keçid" (TEOG - Temel eğitimden orta eğitime geçiş) imtahanının ləğv olunması ilə bağlı qərar verilib.

Prezident Rəcəb Tayyip Erdoğan gözlənilmədən çıxışlarının birində TEOG-un ləğv edildiyini və bu vaxta qədər sözügedən imtahanın boşuna keçirildiyini bildirib. O, bunun şagirdlərə əziyyət verməkdən başqa bir işə yaramadığını da sözlərinə əlavə edib. Bunun ardınca Təhsil Nazirliyi yeni sistem üzərində çalışmağa başlayıb. 

Həqiqətənmi bu sistem yanlışdır və ləğv edilməlidir? Bu sualla təhsil eksperti Şahlar Əsgərova müraciət etdik:

"Bir dövlət başçısı kimi Ərdoğana böyük hörmətim var. Ancaq illərin vərdiş olunmuş prosedurlarını dəyişmək belə asan veriləcək qərar deyil. Bizdə həmişə uşaqların bilik səviyyələrinin yoxlanması üçün imtahanlar keçirilib. İndi heç kim qəfildən qalxıb imtahanların keçirilməsi uşaqlara ziyandır, təhsil sisteminə mənfi təsir göstərir deyə bilməz. Yəqin Ərdoğan da bu qərarı verməzdən əvvəl ciddi psixoloji-pedaqoji təcrübələr aparıb. Əks halda, belə bir ciddi qərarın verilməsi mənfi təsirlər göstərə bilər".

Bəs bizdə 9-cu siniflərin buraxılış imtahanları ləğv edilə bilərmi? Ekspert bunun üçün təcrübələrin aparılmalı olduğunu bildirib: 

“Bunun üçün ciddi psixoloji və pedaqoji nəzəriyyələrin əsasında təşkil olunmuş təcrübələr aparmaq, onun nəticəsində belə bir qərar qəbul etmək olar. Öz növbəmdə, illərin sınağından çıxan bir proses olduğuna görə uşaqlara mənfi təsirlər göstərməsi fikri ilə razı deyiləm”. 

Nərmin Həsənli 

Qaynarinfo.Az